Yuxarı

AMB sədri: "​Azərbaycanda inflyasiya proqnozlardan aşağıdır"

Elman Rüstəmov: Milli valyutamızın sabitliyi bundan sonra da təmin ediləcək

Bakı. 18 noyabr. REPORT.AZ/ Bu il Azərbaycanda müşahidə olunan inflyasiya proqnozlaşdırlandan da aşağı səviyyədədir. “Report”un xəbər verdiyi kimi, bunu Mərkəzi Bankın (AMB) sədri Elman Rüstəmov bəyan edib.

Onun sözlərinə görə, bu baxımdan Azərbaycan dünya ölkələri sırasında inflayisa səviyyəsinə görə ən aşağı göstəricisi olan ölkələr sırasında yer alıb: "Hazırda Azərbaycandakı inflyasiya inkişaf etmiş ölkələrlə eyni səviyyədədir".

E.Rüstəmov eyni zamanda bəyan edib ki, manatın sabitliyi də qorunub saxlanılıb. “Milli valyutamızın sabitliyi bundan sonra da təmin ediləcək. Manat hətta bir sıra dövlətlərdə qəbul olunur”, - deyə AMB sədri vurğulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi