Yuxarı

AMB: Sabah dolların rəsmi məzənnəsi 1,6138 manat olacaq

Bu, oktyabrın 3-ü ilə müqayisədə 0,2% azalma deməkdir

Bakı. 3 oktyabr. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) ABŞ dollarının oktyabrın 4-nə rəsmi məzənnəsini 1,6138 AZN/USD səviyyəsində müəyyən edib.

AMB-dən "Report"a verilən məlumata görə, bu, oktyabrın 3-ü ilə müqayisədə 0,2% azalma deməkdir.

Qeyd edək ki, sentyabrın 30-da məzənnə 1,6211 AZN/USD, oktyabrın 3-də isə 1,6170 AZN/USD olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi