Bakı. 11 iyul. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) ABŞ dollarının iyulun 12-nə rəsmi məzənnəsini 1,5518 AZN/USD səviyyəsində müəyyən edib.
AMB-dən "Report"a verilən məlumata görə, bu, gündəlik 0,20% artım deməkdir.
Qeyd edək ki, iyulun 11-də isə rəsmi məzənnə 1,5487 AZN/USD olub.