Bakı. 11 fevral. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) ABŞ dollarının fevralın 12-nə rəsmi məzənnəsini 1,5745 USD/AZN müəyyən edib. Bu, gündəlik 0,55% artım deməkdir.
Bu barədə AMB-dən "Report"a verilən məlumatda bildirilir.
Qeyd edək ki, bu gün rəsmi məzənnə 1,5659 USD/AZN səviyyəsində olub.