AMB: Qeyri-işlək borclar probleminin həlli istiqamətində işlər davam etdiriləcək

AMB: Qeyri-işlək borclar probleminin həlli istiqamətində işlər davam etdiriləcək Bu istiqamətdə beynəlxalq təcrübə, ölkə xüsusiyyətləri nəzərə alınmaqla xüsusi mexanizmlər hazırlanmalıdır
Maliyyə
29 Dekabr , 2017 10:37
AMB: Qeyri-işlək borclar probleminin həlli istiqamətində işlər davam etdiriləcək
Report

Bakı. 29 dekabr. REPORT.AZ/ Azərbaycanda bankların maliyyə dayanıqlığının bərpa edilməsi və gücləndirilməsi, qeyri-işlək borclar probleminin həll edilməsi istiqamətində işlər davam etdiriləcək. 

“Report” bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2018-ci il və ortamüddətli dövr üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatına istinadən xəbər verir.

"Bank sektorunun restruktizasiyası proqramı qeyri-işlək borcların tənzimlənməsi üzrə komplementar tədbirlərlə dəstəklənir. Bu istiqamətdə beynəlxalq təcrübə, ölkə xüsusiyyətləri nəzərə alınmaqla xüsusi mexanizmlər hazırlanmalıdır. Belə kompleks yanaşma bankların kapital mövqelərini bərpa etməyə, sağlam kredit tələbini genişləndirməyə, kredit aktivliyini artırmağa və iqtisadi artımı dəstəkləməyə imkan verərdi", - deyə bəyanatda qeyd olunub.

Bəyanatda deyilir ki, maliyyə vasitəçiliyinin aktivləşdirilməsi üçün bankların fəaliyyət göstərdiyi ekosistemdə mövcud olan məhdudidyətlərin aradan qaldırılması və risklərin azaldılması üzrə işlər davam etdirilməlidir. Bununla yanaşı, nəzərdə tutulan islahatlar ekosistemin mövcud maliyyə resurslarının bank sektoru üçün qəbul edilə biləcək risklər səviyyəsində kreditləşməyə yönəlməsinə şərait yaratmalıdır.

Son xəbərlər

Orphus sistemi