AMB: Problemli kreditlərdə xarici valyutadakı kreditlərin xüsusi çəkisi artır

AMB: Problemli kreditlərdə xarici valyutadakı kreditlərin xüsusi çəkisi artır Son 1 ildə xarici valyutada problemli kredit portfeli 2 dəfə böyüyüb
Maliyyə
27 Sentyabr , 2016 14:23
AMB: Problemli kreditlərdə xarici valyutadakı kreditlərin xüsusi çəkisi artır

Bakı. 27 sentyabr. REPORT.AZ/ Azərbaycandakı kredit təşkilatlarının manatla vaxtı keçmiş kreditləri azalsa da, xarici valyutada problemli borcları artmaqdadır. 

Bu barədə "Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. 

Məlumata görə, bu il, avqustun 1-nə, fiziki və hüquqi şəxslərə verilmiş kreditlərin 9%-nin və yaxud 1 504,4 mln. manatının vaxtı keçib ki, bunun da 711,7 mln. manatı və yaxud 47%-i manatla, 792,7 mln. manatı və yaxud 53%-i xarici valyutada olub. 

Ötən ilin eyni dövrü ilə müqayisədə manatla vaxtı keçmiş kreditlərin məbləği 20% azalıb, xarici valyutada olan problemli kreditlərin məbləği isə 2 dəfə artıb.

Bu ilin iyul ayında manatla vaxtı keçmiş kreditlərin məbləğində 8,64% azalma, xarici valyuta ilə problemli kreditlərin həcmində isə 4,2% artım qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi