AMB ötən il valyuta aktivlərinin idarə edilməsindən 58 milyon dollar gəlir əldə edib

AMB ötən il valyuta aktivlərinin idarə edilməsindən 58 milyon dollar gəlir əldə edib Bakı. 12 noyabr. REPORT.AZ/ 2017-ci ildə inkişaf etmiş ölkələrin mərkəzi banklarının pul siyasətlərinin normalizasiyasından irəli gələn aşağı gəlirlilik və yüksək dəyişkənlik şəraitində Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatlarının idarə edilməsi üzrə siyasətinin əsas prioriteti vəsaitlərin qorunub saxlanılması olub.
Maliyyə
12 Noyabr , 2018 14:49
AMB ötən il valyuta aktivlərinin idarə edilməsindən 58 milyon dollar gəlir əldə edib

Bakı. 12 noyabr. REPORT.AZ/ 2017-ci ildə inkişaf etmiş ölkələrin mərkəzi banklarının pul siyasətlərinin normalizasiyasından irəli gələn aşağı gəlirlilik və yüksək dəyişkənlik şəraitində Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatlarının idarə edilməsi üzrə siyasətinin əsas prioriteti vəsaitlərin qorunub saxlanılması olub.

“Report” xəbər verir ki, bu barədə qurumun illik hesabatında bildirilir.

Sənəddə həmçinin deyilir ki, valyuta ehtiyatlarının idarə edilməsi üzrə investisiya siyasətinin əsas komponentləri kimi aktivlərin yüksək kredit keyfiyyəti və likvidliyi təmin edilib.

“Hesabat ilinin sonuna rəsmi valyuta ehtiyatlarının 90%-i ABŞ dollarında, 5%-i avroda, 2%-i funt sterlinqdə, 3%-i isə SDRdə (BVF-nun xüsusi borclanma hüquqları) etibarlı maliyyə institutlarında saxlanılıb. AMB-nin valyuta ehtiyatlarının məbləği il ərzində 1,36 milyard ABŞ dolları artaraq dövrün sonuna 5,33 milyard dollar təşkil edib. Valyuta aktivlərinin idarə edilməsindən 58,2 milyon dollar gəlir əldə edilib”, - deyə hesabatda qeyd olunub. 

Son xəbərlər

Orphus sistemi