AMB ötən il depozit hərraclarından 700 mln. manat cəlb edib

AMB ötən il depozit hərraclarından 700 mln. manat cəlb edib Bakı. 15 fevral. REPORT.AZ/2018-ci ildə Mərkəzi Bank milli valyutada sərbəst vəsaitlərin cəlb olunması üzrə 53 depozit hərracı, notların yerləşdirilməsi üzrə 50 hərrac keçirib.
Maliyyə
15 Fevral , 2019 10:52
AMB ötən il depozit hərraclarından 700 mln. manat cəlb edib

Bakı. 15 fevral. REPORT.AZ/2018-ci ildə Mərkəzi Bank milli valyutada sərbəst vəsaitlərin cəlb olunması üzrə 53 depozit hərracı, notların yerləşdirilməsi üzrə 50 hərrac keçirib.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankın (AMB) ötən ilin yanvar-dekabr ayları üzrə pul siyasəti icmalında qeyd olunub.

İcmalda qeyd olunub ki, depozit əməliyatları vasitəsilə vəsaitlər 14 gün müddətinə cəlb edilib, notlar isə 28 gün müddətinə yerləşdirilib. Hesabat dövrünün sonuna depozit hərracları və notların yerləşdirilməsi vasitəsilə cəlb edilən vəsaitin cəmi qalığı 1,71 mlrd. manat olub.

Bundan depozit əməliyyatları ilə cəlb edilmiş vəsaitlər 700 mln. manat, notların yerləşdirilməsi nəticəsində cəlb edilən vəsaitlər isə 1 008 mln. manat təşkil edib. 2018- ci ilin sonuna depozit hərracları və notların yerləşdirilməsi vasitəsilə cəlb edilən vəsaitin qalığı ilin əvvəli ilə müqayisədə 8,2% artıb.

Dəhlizin aşağı həddinin aşağı salınması ilə sterilizasiya əməliyyatları üzrə gəlirliliyin aşağı düşməsinə baxmayaraq tələb təklifi keçirilən depozit hərraclarında 2,7 dəfə, notların yerləşdirilməsi üzrə hərraclarda isə 2,6 dəfə üstələyib: “Bu bank sistemində izafi likvidliyin yüksək olaraq qalmaqda olduğunu göstərir”.

AMB-dən bildirilib ki, depozit və qısamüddətli notların yerləşdirilməsi üzrə əməliyyatlar izafi pul təklifinin sterilizasiyası ilə yanaşı, pul bazarının inkişafı və bununla da, pul siyasəti üzrə əməliyyat çərçivəsinin təkmilləşdirilməsinə, banklararası bazarın inkişaf etdirilməsinə də müsbət təsir göstərir: “Mərkəzi Bankın sterilizasiya alətləri üzrə gəlirlik pul bazarının vacib reprezentativ göstəricisinə çevrilməklə digər faiz dərəcələrinin səviyyəsinin formalaşmasına təsir göstərməkdədir. Hesabat ilində açıq bazar əməliyyatları olaraq depozit əməliyyatları və notların yerləşdirilməsi üzrə faiz dərəcələri faiz dəhlizinin aşağı həddinə yaxın səviyyədə formalaşıb”. 

Son xəbərlər

Orphus sistemi