AMB not hərraclarının keçirilmə gününü dəyişib

AMB not hərraclarının keçirilmə gününü dəyişib Bundan sonra hərraclar həftənin çərşənbə günü deyil, cümə axşamı günü keçiriləcək
Maliyyə
25 Yanvar , 2017 14:41
AMB not hərraclarının keçirilmə gününü dəyişib

Bakı. 25 yanvar. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərracın keçirilmə gününü dəyişib. Bu barədə “Report”a AMB-dən bildirilib.

Məlumata görə, bundan sonra hərraclar həftənin çərşənbə günü deyil, cümə axşamı günü keçiriləcək. Buna səbəb qurumun keçirdiyi valyuta hərraclarının sayının artmasıdır. Belə ki, həftədə 3 dəfə baş tutan valyuta hərraclarından birinin çərşənbə gününə düşməsi not hərracının gününü dəyişmək zərurəti yaradıb.

Beləliklə, sabah AMB hər birinin nominal dəyəri 100 manat, tədavül müddəti 28 gün olan 25 mln. manatlıq notların satışı üzrə hərrac keçirəcək. Hərrac zamanı sifarişlərin toplanması Bakı Fond Birjasının ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-na qədər baş tutacaq.

AMB qısamüddətli notların buraxılışı, yerləşdirilməsi və tədavülü haqqında qaydalara əsasən, hərraclarda bank lisenziyasına malik olan hüquqi şəxslər iştirak edə bilər. Banklar birjada BFB-nin üzvü olan investisiya şirkətləri vasitəsilə iştirak edə bilər

Hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümümi sayı (rəqabətli və qeyri-rəqabətli) 3-dən artıq olmamalıdır. Hərrac zamanı not buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir.

Son xəbərlər

Orphus sistemi