AMB-nin sığorta xidmətləri toplusu üzrə keçirdiyi tenderin nəticələri açıqlanıb

AMB-nin sığorta xidmətləri toplusu üzrə keçirdiyi tenderin nəticələri açıqlanıb Tenderin qalibi 3 sığorta şirkəti olub
Maliyyə
7 Oktyabr , 2016 08:47
AMB-nin sığorta xidmətləri toplusu üzrə keçirdiyi tenderin nəticələri açıqlanıb

Bakı. 7 oktyabr. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankının (AMB) birləşdirilmiş sığorta paketi proqramı üzrə elan etdiyi açıq tenderin nəticələri açıqlanıb.

"Report" xəbər verir ki, bu barədə Tender Komissiyasına istinadən rəsmi mətbuatda məlumat verilib.

Məlumata görə, AMB-nin əsas vəsaitlərinin sığortası üzrə "PAŞA Sığorta" ASC, "Nəqliyyat vasitələrinin sığortası üzrə "AXA Mbask Sığorta" ASC, nağd pulunun sığortası üzrə isə "Meqa Sığorta" ASC qalib elan ediliblər.

Artıq qalib şirkətlərlə satınalma müqaviləsi imzalanıb. 

Son xəbərlər

Orphus sistemi