AMB-nin növbəti depozit hərracında tələb təklifi 10% üstələyib

AMB-nin növbəti depozit hərracında tələb təklifi 10% üstələyib Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 14,7% olub
Maliyyə
5 Dekabr , 2016 12:15
AMB-nin növbəti depozit hərracında tələb təklifi 10% üstələyib

Bakı. 5 dekabr. REPORT.AZ/ Bu gün Azərbaycan Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə 50 mln. manat həcmində keçirilmiş növbəti depozit hərracında tələb 55 mln. manat təşkil edib.

"Report" bu barədə Mərkəzi Banka istinadən xəbər verir.

Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə illik 14,70% olub.

Son xəbərlər

Orphus sistemi