AMB-nin növbəti depozit hərracında tələb təklifdən 40% az olub

AMB-nin növbəti depozit hərracında tələb təklifdən 40% az olub Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 14,1% olub
Maliyyə
26 Dekabr , 2016 15:38
AMB-nin növbəti depozit hərracında tələb təklifdən 40% az olub

Bakı. 26 dekabr. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə 50 mln. manat həcmində keçirilmiş növbəti depozit hərracında tələb 30 mln. manat (60%) təşkil edib. 

"Report"un AMB-yə istinadən verdiyi xəbərə görə, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə illik 14,10% olub.

Son xəbərlər

Orphus sistemi