AMB-nin notlarına tələb təklifi 53% üstələyib

AMB-nin notlarına tələb təklifi 53% üstələyib Bakı. 24 yanvar. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50100467S dövlət qeydiyyat nömrəli, 250 mln. manatlıq, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Maliyyə
24 Yanvar , 2018 17:14
AMB-nin notlarına tələb təklifi 53% üstələyib
Report

Bakı. 24 yanvar. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50100467S dövlət qeydiyyat nömrəli, 250 mln. manatlıq, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

“Report” BFB-yə istinadən xəbər verir ki, hərraca 14 investor qiyməti 98,862 manat (14,8%) – 98,9998 manat (12,99%) olan 18 sifariş təqdim edib.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 381 621 400 manat olub.

AMB-nin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 98,9093 manat (14,18%), orta ölçülmüş qiyməti isə 98,9219 manat (14,01%) müəyyən edilib. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş məbləği 250 mln. manat təşkil edib.

Notların ödəmə tarixi 21 fevral 2018-ci ildir. 

Son xəbərlər

Orphus sistemi