Bakı. 25 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50100462S dövlət qeydiyyat nömrəli, 200 mln manatlıq, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
“Report” BFB-yə istinadən xəbər verir ki, hərraca 16 investor qiyməti 99,2278 manat (10,01%) olan 21 sifariş təqdim edib.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 540 472 500 manat olub.
AMB-nin qərarına əsasən, istiqrazların kəsmə və orta ölçülmüş qiyməti 99,2278 manat (10,01%) müəyyən edilib. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 200 mln. manat təşkil edib.
Qiymətli kağızların ödəmə tarixi 22 noyabr 2017-ci ildir.