AMB-nin notlarına tələb təklifi 3,5 dəfə üstələyib

AMB-nin notlarına tələb təklifi 3,5 dəfə üstələyib Bakı. 14 fevral. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50100767S dövlət qeydiyyat nömrəli, 200 mln. manatlıq, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Maliyyə
14 Fevral , 2018 17:13
AMB-nin notlarına tələb təklifi 3,5 dəfə üstələyib
Report

Bakı. 14 fevral. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50100767S dövlət qeydiyyat nömrəli, 200 mln. manatlıq, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

“Report” Banka istinadən xəbər verir ki, hərraca 18 investor qiyməti 99,3812 manat (8,01%) olan 24 sifariş təqdim edib.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 704 239 800 manat təşkil edib.

AMB-nin qərarına əsasən, istiqrazların kəsmə və orta ölçülmüş qiyməti 99,3812 manat (8,01%) müəyyən edilib. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş məbləği 200 mln. manat olub.

Notların ödəmə tarixi 14 mart 2018-ci ildir.

Son xəbərlər

Orphus sistemi