AMB-nin notları ilə bağlı hərracda tələb təklifi 2 dəfədən çox üstələyib

AMB-nin notları ilə bağlı hərracda tələb təklifi 2 dəfədən çox üstələyib Bu gün Bakı Fond Birjasında qurumun qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
Maliyyə
2 Avqust , 2017 15:47
AMB-nin notları ilə bağlı hərracda tələb təklifi 2 dəfədən çox üstələyib
Report

Bakı. 2 avqust. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50100159S saylı dövlət qeydiyyatından keçmiş, ümumi həcmi 150 mln. manat, hər birinin nominal dəyəri 100 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

“Report” BFB-yə istinadən xəbər verir ki, hərraca 10 investor 337 394 700 manat məbləğində 14 sifariş təqdim edib. Sifarişlər 99,2278 manat (10,01%) qiymətində təqdim olunub. Elə notların rəqabətli sifarişlər üzrə kəsmə və orta ölçülmüş qiymətini də bu qədər olmaqla AMB müəyyənləşdirib.

Son nəticədə qiymətli kağızların hamısı realizə edilib. Bağlanılmış əqdlər üzrə hesablaşmalar bu gün həyata keçirilib.

Notların ödəmə tarixi 30 avqust 2017-ci ildir.

Son xəbərlər

Orphus sistemi