Yuxarı
    Bağlamaq

    AMB-nin notları ilə bağlı hərracda tələb təklifi 2 dəfə üstələyib

    Hərraca 4 investor 5 sifariş təqdim edib

    Bakı. 26 yanvar. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50100453S saylı dövlət qeydiyyatından keçmiş, ümumi həcmi 25 mln. manat, hər birinin nominal dəyəri 100 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. 

    Bu barədə “Report”a BFB-dən bildirilib.

    Məlumata görə, hərraca 4 investor 5 sifariş təqdim edib. Sifarişlərin nominal üzrə ümumi məbləği 53 033 900 manat olub. Sifarişlər 98,8474 manat (14,9919%) -98,999 manat (13,0001%) qiymətində təqdim edilib. Notların rəqabətli sifarişlər üzrə kəsmə və orta ölçülmüş qiymətini – 98,999 manat (13,0001%) AMB müəyyən edib. 

    Bağlanılmış əqdlər üzrə hesablaşmalar bu gün həyata keçirilib. Notların nominal üzrə reallaşdırılmış həcmi 25 mln. manat olub. 

    Qiymətli kağızların ödəmə tarixi 23 fevral 2017-ci ildir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi