Bakı. 4 aprel. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Azərbaycan Mərkəzi Bankının (AMB) yeni not emissiyasını (50100556S) dövlət qeydiyyatına alıb.
“Report” Palataya istinadən xəbər verir ki, emissiya hər birinin nominal dəyəri 100 manat olan 500 000 ədəd dövlət qısamüddətli notunun buraxılışını nəzərdə tutur.
Qiymətli kağızların tədavül müddəti 28 gündür.