AMB-nin not hərracında tələb təklifi 5 dəfədən çox üstələyib

AMB-nin not hərracında tələb təklifi 5 dəfədən çox üstələyib Bakı. 4 aprel. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50101367S dövlət qeydiyyat nömrəli, 150 mln. manatlıq, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Maliyyə
4 Aprel , 2018 16:28
AMB-nin not hərracında tələb təklifi 5 dəfədən çox üstələyib
Report

Bakı. 4 aprel. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50101367S dövlət qeydiyyat nömrəli, 150 mln. manatlıq, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

“Report”un birjaya istinadən verdiyi xəbərə görə, hərraca 18 investor qiyməti 99,3812 manat (8,01%) olan 21 sifariş təqdim edib. 

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 788 035 200 manat olub.

AMB-nin qərarına əsasən, istiqrazların kəsmə və orta ölçülmüş qiyməti 99,3812 manat (8,01%) müəyyən edilib. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 150 mln. manat təşkil edib. 

Qiymətli kağızların ödəmə tarixi 2 may 2018-ci ildir. 

Son xəbərlər

Orphus sistemi