AMB-nin not hərracında tələb təklifi 3 dəfəyə yaxın üstələyib

AMB-nin not hərracında tələb təklifi 3 dəfəyə yaxın üstələyib Bakı. 19 aprel. REPORT.AZ/ Bakı Fond Birjasında Azərbaycan Mərkəzi Bankının (AMB) 50101567S dövlət qeydiyyat nömrəli, 250 mln. manatlıq, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Maliyyə
19 Aprel , 2018 09:41
AMB-nin not hərracında tələb təklifi 3 dəfəyə yaxın üstələyib
Report

Bakı. 19 aprel. REPORT.AZ/ Bakı Fond Birjasında Azərbaycan Mərkəzi Bankının (AMB) 50101567S dövlət qeydiyyat nömrəli, 250 mln. manatlıq, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

“Report”un birjaya istinadən verdiyi xəbərə görə, hərraca 17 investor qiyməti 99,3812 manat (8.01%) olan 22 sifariş təqdim edib. 

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 718 947 900 manat olub.

AMB-nin qərarına əsasən istiqrazların kəsmə və orta ölçülmüş qiyməti 99,3812 manat (8.01%) müəyyən edilib. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 250 mln. manat təşkil edib.

Notların ödəmə tarixi 16 may 2018-ci ildir. 

Son xəbərlər

Orphus sistemi