Yuxarı
    Bağlamaq

    AMB-nin hərraca çıxarılmış notlarına ikiqat tələb olub

    Qiymətli kağızların kəsmə və orta ölçülmüş qiymətini 99,0371 manat (12,5005%) səviyyəsində müəyyən edilib

    Bakı. 18 yanvar. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50100353S saylı dövlət qeydiyyatından keçmiş ümumi həcmi 5 mln. manat, hər birinin nominal dəyəri 100 manat, tədavül müddəti – 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. Bu barədə “Report”a BFB-dən bildirilib.

    Məlumata görə, hərraca 2 investor 2 sifariş təqdim edib. Sifarişlərin nominal üzrə ümumi məbləği 10 mln. manat təşkil edib. Sifarişlər 98,8475 manat (14,9906%) –99,0371 manat (12,5005%) qiymətində təqdim olunub. Notların rəqabətli sifarişlər üzrə kəsmə və orta ölçülmüş qiymətini 99,0371 manat (12,5005%) olmaqla AMB müəyyən edib.

    Bağlanılmış əqdlər üzrə hesablaşmalar bu gün həyata keçirilib. Notların nominal üzrə reallaşdırılmış həcmi 5 mln. manat məbləğində müəyyən edilib.

    Qiymətli kağızların ödəmə tarixi 15 fevral 2017-ci ildir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi