AMB-nin ərazi idarələrindən birinin rəhbəri dəyişib

AMB-nin ərazi idarələrindən birinin rəhbəri dəyişib Səbuhi Məmmədovu Orxan Abdullayev əvəz edib
Maliyyə
2 Mart , 2017 10:20
AMB-nin ərazi idarələrindən birinin rəhbəri dəyişib

Bakı. 2 mart. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankının (AMB) Naxçıvan MR-dakı ərazi idarəsinin rəhbəri dəyişib.

“Report” AMB-yə istinadən xəbər verir ki, indiyə qədər idarəyə rəhbərlik edən Səbuhi Hidayət oğlu Məmmədov Naxçıvanın maliyyə naziri təyin edilməsi ilə əlaqədar vəzifəsindən azad edilib.

Hazırda onun vəzifəsini müavini - Orxan Şıxəli oğlu Abdullayev icra edir.

Xatırladaq ki, AMB-nin Naxçıvandan başqa, Biləsuvar, Gəncə və Qubada regional mərkəzləri, Sumqayıt və Yevlaxda ehtiyat mərkəzləri fəaliyyət göstərir. 

Son xəbərlər

Orphus sistemi