AMB-nin dövriyyədə olan notlarının həcmi yenidən rekord vurub

AMB-nin dövriyyədə olan notlarının həcmi yenidən rekord vurub Notların orta illik gəlirliliyi 10,01%-dir
Maliyyə
26 Oktyabr , 2017 12:29
AMB-nin dövriyyədə olan notlarının həcmi yenidən rekord vurub
Report

Bakı. 26 oktyabr. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) dövriyyədə olan notlarının həcmini açıqlayıb.

“Report” AMB-yə istinadən xəbər verir ki, hazırda bu rəqəm 700 mln. manat təşkil edir ki, bu da tarixi rekord olmaqda 12 gün əvvəlki göstəricidən 27,3% və yaxud 150 mln. manat çoxdur.

Bu müddətdə notların orta illik gəlirliliyi isə dəyişməyərək 10,01% qalıb

Xatırladaq ki, AMB not emissiyasına 2007-ci ilin əvvəlindən başlayıb. İndiyə qədər qurumun dövriyyədə olan notlarının ən yüksək həcmi bu ilin sentyabr ayında (600 mln. manat), ən yüksək gəlirliliyi isə aprel ayında (14,98%) qeydə alınıb. 

Son xəbərlər

Orphus sistemi