AMB-nin depozit və not hərraclarında cəlb edilən vəsaitin qalığı illik 10 dəfədən çox artıb

AMB-nin depozit və not hərraclarında cəlb edilən vəsaitin qalığı illik 10 dəfədən çox artıb Bakı. 21 fevral. REPORT.AZ/ Azərbaycanın bank sistemində 2017-ci il ərzində izafi likvidliyin akkumulyasiyası şəraitində Mərkəzi Bankın sterilizasiya alətlərinə daha böyük tələbat olub. Hesabat ilində AMB milli valyutada sərbəst vəsaitlərin cəlb olunması üzrə 61 depozit hərracı, notların yerləşdirlməsi üzrə 49 hərrac keçirib.
Maliyyə
21 Fevral , 2018 14:00
AMB-nin depozit və not hərraclarında cəlb edilən vəsaitin qalığı illik 10 dəfədən çox artıb
Report

Bakı. 21 fevral. REPORT.AZ/ Azərbaycanın bank sistemində 2017-ci il ərzində izafi likvidliyin akkumulyasiyası şəraitində Mərkəzi Bankın sterilizasiya alətlərinə daha böyük tələbat olub. Hesabat ilində AMB milli valyutada sərbəst vəsaitlərin cəlb olunması üzrə 61 depozit hərracı, notların yerləşdirlməsi üzrə 49 hərrac keçirib.

“Report” bu barədə AMB-nin pul siyasəti icmalına istinadən xəbər verir.

Depozit əməliyatları üzrə vəsaitlər 14 gün müddətinə cəlb edilib, notlar isə 28 gün müddətinə yerləşdirilib. 2017-ci ilin sonuna depozit hərracları və notların yerləşdirilməsi vasitəsilə cəlb edilən vəsaitin cəmi qalığı 1,9 mlrd. manat olub ki, bu da 2016-cı ilin sonu ilə müqayisədə 10,2 dəfə çoxdur.

Depozit əməliyyatları ilə cəlb edilmiş vəsaitlər 1 013 mln.manat, notların yerləşdirilməsi nəticəsində cəlb edilən vəsaitlər isə 926 mln.manat təşkil edib.

Məlumatda bildirilir ki, depozit və qısamüddətli notların yerləşdirilməsi üzrə əməliyyatlar izafi pul təklifinin sterilizasiyası ilə yanaşı pul bazarının inkişafı və bununla da, pul siyasəti üzrə əməliyyat çərçivəsinin təkmilləşdirilməsinə, banklararası bazarın inkişaf etdirilməsinə də müsbət təsir göstərib.

Yeni məzənnə rejiminin tətbiqi Mərkəzi Bankın ehtiyatlarının zəruri səviyyədə qorunmasına imkan verir. 29 dekabr 2017-ci il tarixinə Mərkəzi Bankın xarici valyuta ehtiyatları 5,3 mlrd. dollar təşkil edib. AMB-nin valyuta ehtiyatlarının həcmi kifayətlilik üzrə beynəlxalq təcrübədə qəbul edilmiş normaları (3 aylıq mal və xidmət idxalını örtmək, milli valyuta ilə pul təklifinə nisbət və s.) üstələyib.

Aparılmış monitorinqlərin nəticələrinə əsasən, hesabat dövrü üzrə bütün aylarda bankların AMB-dəki müxbir hesablarının toplam qalıqları dövr üçün məcburi ehtiyat kimi saxlanmalı olan cəmi vəsaitlərin həcmini əhəmiyyətli üstələyib.

Son xəbərlər

Orphus sistemi