AMB-nin depozit hərracında tələb təklifi 77% üstələyib

AMB-nin depozit hərracında tələb təklifi 77% üstələyib Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 14,58% təşkil edib
Maliyyə
10 Aprel , 2017 11:56
AMB-nin depozit hərracında tələb təklifi 77% üstələyib
Report

Bakı. 10 aprel. REPORT.AZ/ Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçirib.

“Report” AMB-yə istinadən xəbər verir ki, hərracda 200 mln. manat vəsaitin cəlb edilməsi nəzərdə tutulsa da, tələb bundan 76,75% çox - 353,5 mln. manat olub.

Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 14,58% təşkil edib. 

Son xəbərlər

Orphus sistemi