AMB-nin depozit hərracında tələb təklifi 6 dəfədən çox üstələyib

AMB-nin depozit hərracında tələb təklifi 6 dəfədən çox üstələyib Bakı. 20 noyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracını keçirib.
Maliyyə
20 Noyabr , 2017 12:11
AMB-nin depozit hərracında tələb təklifi 6 dəfədən çox üstələyib
Report

Bakı. 20 noyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracını keçirib.

“Report” AMB-yə istinadən xəbər verir ki, hərracda planlaşdırıldığı kimi 100 mln. manat cəlb edilib.

Tələb isə bundan 6,2 dəfə çox – 623,35 mln. manat olub. Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə illik 10,01% təşkil edib.

Son xəbərlər

Orphus sistemi