AMB-nin depozit hərracında tələb təklifi 5 dəfə üstələyib

AMB-nin depozit hərracında tələb təklifi 5 dəfə üstələyib Qurum depozit hərracında 100 mln. manat cəlb edib
Maliyyə
23 Oktyabr , 2017 11:42
AMB-nin depozit hərracında tələb təklifi 5 dəfə üstələyib
Report

Bakı. 23 oktyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracını keçirib.

“Report” AMB-yə istinadən xəbər verir ki, hərracda 100 mln. manatın cəlb edilməsi nəzərdə tutulsa da, tələb bundan 4,8 dəfə çox- 480,8 mln. manat təşkil edib.

Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə ümumilikdə 100 mln. manat cəlb olunub. Orta ölçülmüş faiz dərəcəsi isə illik 10,01% təşkil edib.

Son xəbərlər

Orphus sistemi