AMB-nin depozit hərracında tələb təklifi 4 dəfəyə yaxın üstələyib

AMB-nin depozit hərracında tələb təklifi 4 dəfəyə yaxın üstələyib Bakı. 19 fevral. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı bu gün vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracını keçirib.
Maliyyə
19 Fevral , 2018 12:17
AMB-nin depozit hərracında tələb təklifi 4 dəfəyə yaxın üstələyib
Report

Bakı. 19 fevral. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı bu gün vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracını keçirib.

“Report” quruma istinadən xəbər verir ki, hərracda 250 mln. manat cəlb edilib.

Tələb isə bundan 3,97 dəfə çox - 992,4 mln. manat olub.

Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 8,01% təşkil edib.

Son xəbərlər

Orphus sistemi