AMB-nin depozit hərracında tələb təklifi 3 dəfə üstələyib

AMB-nin depozit hərracında tələb təklifi 3 dəfə üstələyib AMB hərracda 200 mln. manat cəlb edib
Maliyyə
19 İyun , 2017 12:03
AMB-nin depozit hərracında tələb təklifi 3 dəfə üstələyib
Report

Bakı. 19 iyun. REPORT.AZ/ Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə 200 mln. manat həcmində keçirilmiş növbəti depozit hərracında tələb 586,1 mln. manat təşkil edib.

"Report" bu barədə AMB-yə istinadən xəbər verir.

Hərracda tələb təklifi 2,9 dəfə üstələyib. Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə ümumilikdə 200 mln. manat cəlb olunub, orta ölçülmüş faiz dərəcəsi isə 12,01% təşkil edib.

Son xəbərlər

Orphus sistemi