AMB-nin depozit hərracında tələb təklifi 2 dəfə üstələyib

AMB-nin depozit hərracında tələb təklifi 2 dəfə üstələyib Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 13,96% təşkil edib.
Maliyyə
17 Aprel , 2017 12:04
AMB-nin depozit hərracında tələb təklifi 2 dəfə üstələyib
Report

Bakı. 17 aprel. REPORT.AZ/ Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçirib.

“Report” AMB-yə istinadən xəbər verir ki, hərracda 150 mln. manat vəsaitin cəlb edilməsi nəzərdə tutulsa da, tələb bundan 98,67% çox - 298 mln. manat olub.

Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 13,96% təşkil edib. 

Son xəbərlər

Orphus sistemi