AMB depozit hərracında 250 mln. manat cəlb edib

AMB depozit hərracında 250 mln. manat cəlb edib Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 12,01% olub
Maliyyə
26 May , 2017 12:06
AMB depozit hərracında 250 mln. manat cəlb edib
Report

Bakı. 26 may. REPORT.AZ/ Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə 250 mln. manat həcmində keçirilmiş növbəti depozit hərracında tələb 649 mln. manat təşkil edib. 

"Report" bu barədə AMB-yə istinadən xəbər verir. 

Hərracda tələb təklifi 2,6 dəfə üstələyib. Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə ümumilikdə 250 mln. manat cəlb olunub, orta ölçülmüş faiz dərəcəsi isə 12,01% olub.

Son xəbərlər

Orphus sistemi