AMB-nin depozit hərracında tələb təklifdən 3,3 dəfə çox olub

AMB-nin depozit hərracında tələb təklifdən 3,3 dəfə çox olub Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 12,01% təşkil edib
Maliyyə
9 İyun , 2017 12:36
AMB-nin depozit hərracında tələb təklifdən 3,3 dəfə çox olub
Report

Bakı. 9 iyun. REPORT.AZ/ Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracını keçirib.

“Report” AMB-yə istinadən xəbər verir ki, hərracda 200 mln. manat vəsaitin cəlb edilməsi nəzərdə tutulsa da, tələb bundan 3,3 dəfə çox – 665,2 mln. manat olub.

Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 12,01% təşkil edib.

Son xəbərlər

Orphus sistemi