Yuxarı
    Bağlamaq

    AMB-nin depozit hərracında gəlirlik 9 aylıq minimuma düşüb

    Bugünkü depozit hərracında orta ölçülmüş faiz dərəcəsi 10,04%-ə geriləyib© Report

    Bakı. 23 iyun. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında əqdlər üzrə orta ölçülmüş faiz dərəcəsi 1,97 faiz bəndi azalaraq 10,04% təşkil edib. Faiz dərəcəsi cari il mayın 12-dən etibarən 12,01%-ə enib.

    "Report" bu barədə AMB-yə istinadən xəbər verir.

    İlin əvvəlindən isə faiz dərəcəsində 4,76 faiz bəndi azalma qeydə alınıb. Ötən ilin sentyabrın 19-da baş tutmuş depozit hərracında orta ölçülmüş faiz dərəcəsi 9,49%-dən 14,85%-ə yüksəlib. Beləliklə, faiz dərəcəsi 9 aylıq minimuma düşüb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi