AMB-nin banklara və BOKT-lara tələbi 500 milyon manatdan çox artıb

AMB-nin banklara və BOKT-lara tələbi 500 milyon manatdan çox artıb Bakı. 7 mart. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının və bank olmayan kredit təşkilatlarının (BOKT) Azərbaycan Mərkəzi Bankı (AMB) qarşısında öhdəlikləri bu il fevralın 1-nə 6 262,2 mln. manat təşkil edib.
Maliyyə
7 Mart , 2018 16:22
AMB-nin banklara və BOKT-lara tələbi 500 milyon manatdan çox artıb
Report

Bakı. 7 mart. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının və bank olmayan kredit təşkilatlarının (BOKT) Azərbaycan Mərkəzi Bankı (AMB) qarşısında öhdəlikləri bu il fevralın 1-nə 6 262,2 mln. manat təşkil edib.

"Report"un AMB-yə istinadən verdiyi xəbərə görə, bu, yanvarın 1-i ilə müqayisədə 543,7 mln. manat və yaxud 9,5% çoxdur. 

Son 1 ildə isə AMB-nin banklara və BOKT-lara tələbi 571,1 mln. manat və yaxud 8,36% azalıb.

İndiyə qədər bankların AMB-yə öhdəliklərinin maksimal həddi 2016-cı ilin oktyabr ayında qeydə alınıb və 7 507 mln. manat təşkil edib. 2017- ci ilin dekabr ayında kommersiya banklarının AMB-yə və xarici öhdəlikləri 1 023,2 mln. manat azalıb. Lakin yanvar ayında yenidən artıb. Bu da ilin sonunda açıq mövqelərin bağlanması ilə əlaqədar ola bilər. 

Son xəbərlər

Orphus sistemi