AMB: Kredit portfelinin dollarlaşma səviyyəsi artıb

AMB: Kredit portfelinin dollarlaşma səviyyəsi artıb Bakı. 4 fevral. REPORT.AZ/ 2019-cu il yanvarın 1-nə əsasən, Azərbaycanda bank və kredit təşkilatlarının cəmi kredit portfelinin 38%-i və yaxud manat ekvivalentində 4 946,7 mln. manatı xarici valyutada olan kreditlərin payına düşüb.
Maliyyə
4 Fevral , 2019 15:37
AMB: Kredit portfelinin dollarlaşma səviyyəsi artıb
Report

Bakı. 4 fevral. REPORT.AZ/ 2019-cu il yanvarın 1-nə əsasən, Azərbaycanda bank və kredit təşkilatlarının cəmi kredit portfelinin 38%-i və yaxud manat ekvivalentində 4 946,7 mln. manatı xarici valyutada olan kreditlərin payına düşüb.

“Report” bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir. 

Hesabata əsasən, kredit portfelinin dollarlaşma səviyyəsində aylıq müqayisədə 0,8 faiz bəndi artım müşahidə olunub.

Qeyd edək ki, sözügedən nisbət 2018-ci il dekabrın 1-nə 37,2%, 2018-ci ilin əvvəlinə 40,9% olub. 2019-cu il yanvarın 1-nə kredit təşkilatlarının cəmi kredit qoyuluşu 13 020,3 mln. manat təşkil edib. Bunun da 1 585,0 mln. manatını və yaxud 12,2%-ni vaxtı keçmiş kreditlər əhatə edib.

Son xəbərlər

Orphus sistemi