Bakı. 19 aprel. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) kompüter, server, şəbəkə avadanlıqlarının və proqram təminatlarının satın alınması üçün elan etdiyi açıq tenderin nəticəsini açıqlayıb.
“Report” xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.
Məlumatda deyilir ki, tender komissiyasının qərarına əsasən, “GTSolutions” şirkəti satınalmanın qalibi elan olunub və onunla müqavilə imzalanıb.