AMB informasiya sistemlərinin yenidən qurulması üçün tender elan edib

AMB informasiya sistemlərinin yenidən qurulması üçün tender elan edib Tender proseduru oktyabrın 6-sı saat 15:00-da AMB-nin inzibati binasında keçiriləcək
Maliyyə
5 Sentyabr , 2016 10:58
AMB informasiya sistemlərinin yenidən qurulması üçün tender elan edib

Bakı. 5 sentyabr. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) istismarda olan informasiya sistemlərinin texniki və proqram platformalarının dəstəklənməsi və informasiya resurslarının təkmilləşdirilməsi məqsədilə açıq tender elan edib. “Report” xəbər verir ki, tender 4 lot üzrə keçirilir.

Məlumata görə, AMB Lot-1 üzrə istifadə edilən baş mühasibat sisteminin proqram platformasının dəstəklənməsi və təkmilləşdirilməsi xidmətinin həyata keçirilməsinin satınalınmasını, Lot-2 üzrə istismarda olan informasiya sistemlərinin proqram platformalarına dəstəklənmə xidmətinin həyata keçirilməsinin satınalınmasını, Lot-3 üzrə istismarda olan informasiya sistemlərinin proqram platformalarının təkmilləşdirilməsi xidmətinin həyata keçirilməsinin satınalınmasını və Lot-4 üzrə isə istismarda olan informasiya sistemlərinin texniki platformalarına dəstəklənmə xidmətinin həyata keçirilməsinin satınalınmasını elan edib.

Tender proseduru oktyabrın 6-sı saat 15:00-da AMB-nin inzibati binasında keçiriləcək.

Tenderdə iştirak etmək üçün iddiaçı digər sənədlərlə yanaşı tender təklifinin qiymətinin 1%-i məbləğində bank təminatı təqdim etməlidir. İddiaçı tender təklifini və tender təklifinin bank təminatını oktyabrın 5-i saat 18:00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə ikiqat zərfdə, digər tələb olunan sənədləri isə ən geci sentyabrın 27-si saat 18:00-a qədər təqdim etməlidir.

İddiaçılar tenderdə iştirak haqqı kimi AMB-nin hesabına hər bir lot üçün 100 manat məbləğində vəsait köçürməlidir.

Xarici iddiaçılar iştirak haqqını ödəniş gününə AMB-nin rəsmi məzənnəsi ilə ABŞ dollarında ödəyə bilərlər.

Son xəbərlər

Orphus sistemi