AMB ilk depozit hərracında 129 mln. manat vəsait cəlb edib

AMB ilk depozit hərracında 129 mln. manat vəsait cəlb edib Bu, AMB cəlb etməyə planlaşdırdığı vəsaitin 86%-nə bərabərdir
Maliyyə
13 İyun , 2016 15:29
AMB ilk depozit hərracında 129 mln. manat vəsait cəlb edib

Bakı. 13 iyun. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş ilk hərracın nəticələrinə görə, cəlb edilmiş depozitlərin həcmi 129 mln. manat edib. "Report"un AMB-yə istinadən verdiyi xəbərə görə, ortaölçülmüş faiz dərəcəsi illik 6,49% olub. 

"Depozit əməliyyatları pul bazarının inkişafını və beləliklə, pul siyasəti üzrə əməliyyat çərçivəsinin təkmilləşməsinin təşviqinə yönəlib", - deyə Bankdan bildirilib.

Qeyd edək ki, depozit hərracının müddəti 1 aydır. 

AMB-nin ilkin anonsuna əsasan, ümumilikdə 150 mln. manatın cəlb edilməsi planlaşdırılırdı, faiz dərəcəsinin isə 4,01-6,99% arasında olacağı gözlənilirdi. Lakin faktiki olaraq AMB cəlb etməyə planlaşdırdığı vəsaitin 86%-i həcmində resurs cəlb edə bilib. 

"Müşahidə edilən makroiqtisadi prosesləri, pul siyasəti üzrə hədəfləri, habelə bank sektorunun likvidlik mövqeyini nəzərə alaraq Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə hərraclar çərçivəsində depozit əməliyyatlarının aparılmasına başlanması qərara alınıb. AMB bundan sonra da pul siyasəti alətlərinin modernizasiyası istiqamətində fəaliyyətini davam etdirəcək və pul siyasəti alətlərindən makroiqtisadi vəziyyətə adekvat olaraq istifadə edəcək", - deyə AMB-dən bildirilib.   

Son xəbərlər

Orphus sistemi