​AMB İpoteka Fondunu katirovka sorğusuna dəvət edib

​AMB İpoteka Fondunu katirovka sorğusuna dəvət edib Təklif zərfləri 12 yanvar 2015-ci il tarixdə saat 15.00-da Fondun qeyd olunan inzibati binasında açılacaq
Maliyyə
22 Dekabr , 2014 20:14
​AMB İpoteka Fondunu katirovka sorğusuna dəvət edib

Bakı. 22 dekabr. REPORT.AZ/ Mərkəzi Bank (AMB) nəzdində Azərbaycan İpoteka Fondu katirovka sorğusuna dəvət edilib. Bu barədə "Report"a AİF-dən məlumat verilib.

Katirovka sorğusu Azərbaycan İpoteka Fondunun əsas vəsaitlərinin illik inventarizasiya prosesinin avtomatlaşdırılması məqsədilə xüsusi proqram təminatının alınması, quraşdırılması və ilkin inventarizasiya nəticələrinin fondun Avtomatlaşdırılmış Baş Mühasibat Uçotu Sisteminə miqrasiyası üzrə xidmətlərin alınması ilə bağlı aparılır.

Katirovka sorğusu üzrə möhürlənmiş və imzalanmış təkliflər 2015-ci il yanvarın 9-da saat 18.00-dək fondun Bakı şəhəri, Bül-bül prospekti 40 ünvanında yerləşən inzibati binasında qəbul ediləcək. Təklif zərfləri 12 yanvar 2015-ci il tarixdə saat 15.00-da fondun qeyd olunan inzibati binasında açılacaq.

Son xəbərlər

Orphus sistemi