AMB hərraca çıxardığı notların 51%-ni satıb

AMB hərraca çıxardığı notların 51%-ni satıb Bu gün qurumun qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
Maliyyə
15 Fevral , 2017 17:39
AMB hərraca çıxardığı notların 51%-ni satıb

Bakı. 15 fevral. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının dövlət qeydiyyatından keçmiş, ümumi həcmi 50 mln. manat (50100753S), hər birinin nominal dəyəri 100 manat, tədavül müddəti – 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən “Report”a verilən məlumata görə, hərraca 1 investor 1 sifariş təqdim edib. Sifarişlərin nominal üzrə ümumi məbləği 25 291 500 manat (hərraca çıxarılmış notlartın 50,58%-i qədər) təşkil edib. Sifarişlər 98,8472 manat (14,9945%) qiyməti ilə təqdim edilib. Notların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti və orta ölçülmüş qiyməti də bu qədər olmaqla AMB tərəfindən müəyyən olunub.

Bağlanılmış əqdlər üzrə hesablaşmalar bu gün həyata keçirilib.

Notların nominal üzrə reallaşdırılmış həcmi 25 291 500 manat məbləğində müəyyən edilib.

Qiymətli kağızların ödəmə tarixi 15 mart 2017-ci ildir.

Son xəbərlər

Orphus sistemi