AMB hərraca çıxardığı notların 23,5%-ni sata bilib

AMB hərraca çıxardığı notların 23,5%-ni sata bilib Bu gün Bakı Fond Birjasında qurumun qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
Maliyyə
1 Mart , 2017 17:04
AMB hərraca çıxardığı notların 23,5%-ni sata bilib

Bakı. 1 mart. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) ümumi həcmi 50 mln. manat, hər birinin nominal dəyəri 100 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən "Report"a verilən məlumata görə, hərraca 2 investor 2 sifariş təqdim edib. 

Sifarişlərin nominal üzrə ümumi məbləği 11 745 600 manat (hərraca çıxarılmış notların 23,49%-i qədər) təşkil edib.

Sifarişlər 98,8472 manat (14,9945%) - 98,89 manat (14,4316%) qiymətində təqdim edilib. Notların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti 98,8472 manat (14,9945%), orta ölçülmüş qiyməti isə 98,8528 manat (14,9208%) olmaqla AMB tərəfindən müəyyən edilib.

Notların nominal üzrə reallaşdırılmış həcmi 11 745 600 manat olub.

Qiymətli kağızların ödəmə tarixi 29 mart 2017-ci ildir.

Son xəbərlər

Orphus sistemi