AMB ev təsərrüfatlarının istehlakçı davranışları və niyyətləri ilə bağlı sorğu keçirəcək

AMB ev təsərrüfatlarının istehlakçı davranışları və niyyətləri ilə bağlı sorğu keçirəcək Bu məqsədlə bank tender elan edib
Maliyyə
15 Sentyabr , 2017 10:35
AMB ev təsərrüfatlarının istehlakçı davranışları və niyyətləri ilə bağlı sorğu keçirəcək

Bakı. 15 sentyabr. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) “Ev təsərrüfatlarının istehlakçı davranışları və niyyətləri” sorğusunun keçirilməsi xidmətinin alınması ilə bağlı tender elan edib. "Report" dövrü mətbuata istinadən məlumat verir ki, tender proseduru 16 oktyabr AMB-nin inzibati binasında (Bakı şəhəri, R.Behbudov küçəsi,90) keçiriləcək.

İddiaçı tender təklifini və tender təklifinin bank təminatını 13 oktyabr saat 18:00-a qədər, digər tələb olunan sənədləri isə ən geci 4 oktyabr saat 18:00-a qədər AMB-yə təqdim etməlidir. 

İddiaçılar tenderdə iştirak haqqı kimi 150 manat ödəməlidir.

Xidmətin başlanma vaxtı 1 dekabr 2017-ci il, xidmətin göstərilmə müddəti 1 il nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi