AMB: Elektron bankçılıq xidmətləri vasitəsilə aparılan əməliyyatların həcmi 19 dəfə artıb

AMB: Elektron bankçılıq xidmətləri vasitəsilə aparılan əməliyyatların həcmi 19 dəfə artıb Bakı. 28 fevral. REPORT.AZ/ 2018-ci ildə Azərbaycanda elektron bankçılıq xidmətləri vasitəsilə aparılan əməliyyatların həcmi 18,7 dəfə artaraq 36,4 milyard manat, bu əməliyyatların sayı isə 7 dəfə artaraq 10,4 milyon ədəd təşkil edib.
Maliyyə
28 Fevral , 2019 11:41
AMB: Elektron bankçılıq xidmətləri vasitəsilə aparılan əməliyyatların həcmi 19 dəfə artıb
AMB sədr müavini Alim Quliyev / Report/ Firi Salim
0 : 00
0 : 00

Bakı. 28 fevral. REPORT.AZ/ 2018-ci ildə Azərbaycanda elektron bankçılıq xidmətləri vasitəsilə aparılan əməliyyatların həcmi 18,7 dəfə artaraq 36,4 milyard manat, bu əməliyyatların sayı isə 7 dəfə artaraq 10,4 milyon ədəd təşkil edib.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədr müavini Alim Quliyev məlumat verib.

Onun sözlərinə görə, rəqəmsal ödənişlərin genişləndirilməsi istiqamətində AMB-nin ank sektoru ilə həyata keçirdiyi layihələr, apardığı davamlı islahatlar statistik məlumatlarda da öz əksini tapır.

“Ötən il banklararası ödəniş sistemləri vasitəsilə aparılmış əməliyyatların dəyəri 31% artaraq 274 milyard manat təşkil edib. Bu da ölkə üzrə ümumu daxili məhsulun (ÜDM) 3,4 misli deməkdir. 2018-ci ilin yekununda kart dövriyyəsində nağdsız ödənişlərin payı 17% təşkil edib. Halbuki 5 il bundan əvvəl bu rəqəm 6% olub”, - A.Quliyev əlavə edib. 

Son xəbərlər

Orphus sistemi