AMB depozit hərracının büdcəsini 33% artırıb

AMB depozit hərracının büdcəsini 33% artırıb Bu, son hərracda tələbin təklifdən təxminən bu qədər çox olması ilə bağlıdır
Maliyyə
15 Fevral , 2017 13:28
AMB depozit hərracının büdcəsini 33% artırıb

Bakı. 15 fevral. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) həftədə bir dəfə keçirdiyi depozit hərracı vasitəsilə cəlb etmək istədiyi vəsaitin həcmini növbəti dəfə artırıb.

Bu barədə “Report” AMB-yə istinadən xəbər verir.

Belə ki, qurum fevralın 17-də keçirəcəyi depozit hərracında 200 mln. manat vəsait cəlb etmək niyyətindədir. Halbuki, bu rəqəm fevralın 13-də keçirilmiş hərracda 150 mln. manat olub. Başqa sözlə, depozit hərracının büdcəsi 33,3% artırılıb.

AMB-nin depozit hədəfinə yenidən baxması son hərracda tələbin təklifdən 31,33% çox – 197 mln. manat olması ilə bağlıdır. 

Son xəbərlər

Orphus sistemi