AMB depozit hərracında daha 200 mln. manat cəlb edib

AMB depozit hərracında daha 200 mln. manat cəlb edib Depozit hərracında tələb təklifi 51% üstələyib
Maliyyə
31 Mart , 2017 12:06
AMB depozit hərracında daha 200 mln. manat cəlb edib
Report

Bakı. 31 mart. REPORT.AZ/ Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə 200 mln. manat həcmində keçirilmiş növbəti depozit hərracında tələb 301,5 mln. manat təşkil edib.

"Report" bu barədə AMB-yə istinadən xəbər verir. 

Hərracda tələb təklifi 50,75% üstələyib. Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə ortaölçülmüş faiz dərəcəsi isə 14,53% olub.

Son xəbərlər

Orphus sistemi