Bugünkü depozit hərracında tələb təklifi 94% üstələyib

Bugünkü depozit hərracında tələb təklifi 94% üstələyib Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə ümumilikdə 200 mln. manat cəlb olunub
Maliyyə
23 İyun , 2017 14:37
Bugünkü depozit hərracında tələb təklifi 94% üstələyib
Report

Bakı. 23 iyun. REPORT.AZ/ Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə 200 mln. manat həcmində keçirilmiş növbəti depozit hərracında tələb 387,5 mln. manat təşkil edib.

"Report" bu barədə AMB-yə istinadən xəbər verir.

Hərracda tələb təklifi 1,94 dəfə üstələyib. Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə ümumilikdə 200 mln. manat cəlb olunub, orta ölçülmüş faiz dərəcəsi isə 10,04% təşkil edib.

Son xəbərlər

Orphus sistemi