Yuxarı

​AMB bu həftə kommersiya banklarına 300 mln. dollar satıb

Mərkəzi Bankın rezervləri 6 illik minimuma enib

Bakı. 25 dekabr. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) dekabr ayının 21-25-də mütəşəkkil banklararası valyuta bazarında təxminən 300 mln. ABŞ dolları həcmində intervensiya həyata keçirib. Bununla da AMB-nin valyuta ehtiyatları artıq 5,1 mlrd. dollara yaxınlaşıb.

"Report"un analitik qrupu qeyd edir ki, analoji azalma tempi davam edərsə, artıq Yeni il bayramına qədər Mərkəzi Bankın sərəncamında olan valyuta rezervləri 7 illik minimuma enərək (artıq 6 illik minimum təkrarlanıb) 5 mlrd. dollar həddindən aşağı düşəcək.

Qeyd edək ki, ötən həftə (ikinci devalvasiya ərəfəsində) AMB mütəşəkkil banklararası bazarda 493 mln. dollar həcmində valyuta satıb.

Xatırladaq ki, dekabrın 8-də Azərbaycan Dövlət Neft Fondunun valyuta satışını dayandırmasından sonra bazarda əməliyyatlara başlayan AMB-nin həmin həftənin son 4 iş günü ərzində intervensiyası 255 mln. dollar olub. Yəni ötən iki həftəyə AMB ümumilikdə təxminən 748 mln. dollarlıq valyuta satışı həyata keçirib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi