Bakı. 17 fevral. REPORT.AZ/ Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) növbəti valyuta hərracını keçirib. Mərkəzi Bank tərəfindən satışa 200 mln. ABŞ dolları məbləğində vəsait çıxarılıb.
"Report"un AMB-yə istinadən verdiyi xəbərə görə, hərracda iştirak edən 14 bank tərəfindən məcmu tələb 49,990 mln. dollar təşkil etdiyindən, sifarişlər 100% təmin olunub. Bu, təklifin təxminən 25%-ni təşkil edir.