AMB: Banklar tərəfindən xarici valyutanın alış-satış məzənnələri rəsmi məzənnəyə yaxın olub

AMB: Banklar tərəfindən xarici valyutanın alış-satış məzənnələri rəsmi məzənnəyə yaxın olub Bakı. 26 noyabr. REPORT. AZ/ 2018-ci ilin yanvar-sentyabr aylarında da manatın rəsmi məzənnəsi banklararası əqdlər üzrə orta məzənnə (“Bloomberg” platformasında hərraclar və hərracdan kənar əməliyyatlar nəzərə alınmaqla) əsasında müəyyən edilib. Dövr ərzində manatın ABŞ dollarına qarşı orta günlük rəsmi məzənnəsi 1,7000 manat təşkil edib.
Maliyyə
26 Noyabr , 2018 11:43
AMB: Banklar tərəfindən xarici valyutanın alış-satış məzənnələri rəsmi məzənnəyə yaxın olub

Bakı. 26 noyabr. REPORT. AZ/ 2018-ci ilin yanvar-sentyabr aylarında da manatın rəsmi məzənnəsi banklararası əqdlər üzrə orta məzənnə (“Bloomberg” platformasında hərraclar və hərracdan kənar əməliyyatlar nəzərə alınmaqla) əsasında müəyyən edilib. Dövr ərzində manatın ABŞ dollarına qarşı orta günlük rəsmi məzənnəsi 1,7000 manat təşkil edib. 

“Report” bu barədə Azərbaycan Mərkəzi Bankının (ABM) 2018-ci ilin yanvar-sentyabr ayları üzrə pul siyasəti icmalına istinadən xəbər verir.

İcmalda bildirilir ki, banklar tərəfindən müəyyən edilən xarici valyutanın alış-satış məzənnələri rəsmi məzənnəyə yaxın olub. Dövr ərzində kommersiya banklarının orta günlük alış məzənnəsi 1,6960, satış məzənnəsi isə 1,7023 manat təşkil edib. Rəsmi məzənnə ilə kommersiya banklarının orta günlük alış məzənnəsi arasında fərq 0,2% (0,004 manat), satış məzənnəsi ilə isə 0,1% (0,0023 manat) olub.

Dövr ərzində manat ABŞ dollarına qarşı 0,01%, Türk lirəsinə qarşı 58,3%, Avroya qarşı 2,6%, İngiltərə funt sterlinqinə qarşı 2,9%, Rus rubluna qarşı 13,9% möhkəmlənib.

Qeyd olunur ki, ikitərəfli məzənnələrin dinamikası çoxtərəfli məzənnənin dinamikasına da təsir göstərib. 9 ayda manatın qeyri-neft sektoru üzrə ümumi ticarət çəkili real effektiv məzənnəsi 8,8% möhkəmlənib.

İcmalda bildirilir ki, NEM-in 15,2% bahalaşması REM-ə artırıcı, tərəfdaş ölkələrlə inflyasiya fərqləri isə azaldıcı təsir edib. 2014-cü ilin sonundan bəri isə manatın real effektiv məzənnəsi 30,6% ucuzlaşıb ki, bu da qeyri-neft sektorunun rəqabət qabiliyyətini dəstəkləyən faktordur.

Son xəbərlər

Orphus sistemi