Yuxarı

AMB: Azərbaycan birinci yarımillikdə 13,4 mlrd. dollar həcmində neft ixrac edib

Hesabat dövründə neft məhsullarının ixracı 720 mln. dollar təşkil edib

Bakı. 12 sentyabr. REPORT.AZ/ Cari ilin yanvar-iyul aylarında Azərbaycan dünya bazarına 13,4 mlrd. ABŞ dolları həcmində neft ixrac edib. Bu məbləğdən 12,5 mlrd. dollar Azərbaycan "Azəri-Çıraq-Günəşli" yataqlar blokunu istismar edən Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) tərəfindən hasil olunan neftin payına düşür. Report xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı tərəfindən hazırlanan ilin birinci yarısı üçün ölkənin ödəmə planında deyilir. 

Sənəddə qeyd olunub ki, Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) və ölkənin onşor yataqlarında işləyən digər şirkətlərin şəxsi neftinin ixrac həcmi 907,8 mln. dollar təşkil edib, onlardan 832,1 mln. dollar SOCAR-ın payına, 75,7 mln. dollar - "Şahdəniz" yatağından kondensatın payına düşür. 

Qeyd edək ki, 2013-cü ilin nəticələrinə görə, Azərbaycan  dünya bazarına 26,9  mlrd. ABŞ dolları həcmində neft ixrac edib, onlardan 25,3 mlrd. dollar ABƏŞ tərəfindən hasil olunan neftin payına düşüb. SOCAR və Azərbaycanın onşor yataqlarında işləyən digər şirkətlərin şəxsi neftinin ixracı 1,337 mlrd. dollar təşkil edib. "Şahdəniz" yatağından 303,3 mln. dollar həcmində kondensat ixrac olunub. 

Bundan başqa, cari ilin yanvar-iyul aylarında dünya bazarlarına 719,8 mln. dollar həcmində neft məhsulları ixrac olunub. Beləliklə, hesabat dövrü ərzində Azərbaycan 14,1 mlrd. dollar həcmində neft və neft məhsulları ixrac edib ki, bu da Azərbaycan Mərkəzi Bankının məlumatlarına görə, qiymətləndirilən dövrdə ölkənin ümumi ixracının 94,4%-ni təşkil edir.  

Sənəddə həmçinin qeyd olunub ki, bu ilin yanvar-iyul aylarında Azərbaycanın qeyri-neft sahəsində ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 9,2% azalıb və 794 mln. dollar təşkil edib.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi